Yaxın iki həftə ərzində görüşə bilərlər

yaxin-iki-hefte-erzinde-goruse-bilerler
Oxunma sayı: 704

Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp arasında görüş yaxın iki həftə ərzində baş tuta bilər.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Kremlin rəsmi sözçüsü Dmitri Peskov açıqlayıb. 

Onun sözlərinə görə, tərəflər bu məsələnin uzun müddətə təxirə salınmasının lazım olmadığını anlayır.

Görüşün Macarıstanda keçiriləcəyi gözlənilir.