“Yaxın zamanlarda nümayəndələrin görüşü ola bilər” - Qriqoryan

yaxin-zamanlarda-numayendelerin-gorusu-ola-biler
Oxunma sayı: 1400

“Yaxın zamanlarda Ermənistan və Azərbaycan nümayəndələrinin görüşü mümkündür”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

Onun sözlərinə görə, hazırda bu məsələ müzakirə olunur.

Qriqoryan qeyd edib ki, ümumilikdə Azərbaycan ilə 4 əsas məsələ müzakirə olunur: “Bunlar humanitar məsələlər, kommunikasiyaların açılması, delimitasiya və demarkasiya məsələləridir”.