Yel çərşənbəsində iki nəfər tonqala düşdü

yel-cersenbesinde-iki-nefer-tonqala-dusdu
Oxunma sayı: 1023

Ötən gün Yel çərşənbəsində iki nəfər tonqala düşərək xəsarət alıb.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib: “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə martın 12-si saat 20:22-də Nizami rayonu, İ.Məmmədov 17 ünvanından və 20:51-də Yasamal rayonu, Şərifzadə küçəsi ünvanından tonqalda xəsarət alma ilə bağlı 2 müraciət daxil olub.

Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib.

Xəsarət alan 4 yaşlı (kişi cinsli) azyaşlı hər iki qolun termiki  yanığı, 17 yaşlı (kişi cinsli) şəxs isə hər iki əlin termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə hospitalizasiya olunub”.