Yenə ölmüş heyvan əti satmaq istədilər - Foto

Yenə ölmüş heyvan əti satmaq istədilər
Oxunma sayı: 914

Monitorinq zamanı Şəmkir rayonu Çinarlı qəsəbəsində yol kənarında Göygöl rayon sakini Məmmədov Azər Cümşüd oğlunun baytarlıq-sanitariya ekspertizasından keçməyən, baytarlıq-sanitariya tələblərinə cavab verməyən təxmini çəkisi 58 kq mənşəyi məlum olmayan ət və ət məhsullarının satışını həyata keçirdiyi məlum olub. 

“Qafqazinfo” xəbər verir ki, istehlaka yararsız ətin satışının qarşısı alınıb. Ətdən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. 

Müayinələrin nəticəsinə əsasən ətin köhnəliyi və ölmüş heyvan əti olduğu, eyni zamanda baktereoloji çirklənməyə məruz qaldığı təsdiqlənib.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi