Yeni il endirimi olacaq

yeni-il-endirimi-olacaq
Oxunma sayı: 646

Bunu nəzərə alaraq, istehlakçıların seçim imkanlarının artırılması, əhalinin artan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadi İnkişaf Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları ərzaq məhsullarının istehsalı və idxalı ilə məşğul olan sahibkarlarla birgə Bakı şəhərinin müxtəlif yerlərində satış yarmarkaları təşkil edəcək.

Yarmarkalar 28-31 dekabr 2011-ci il tarixlərində aşağıdakı ünvanlarda təşkil olunacaqdır:

Binəqədi rayonu

- Dərnəgül yaşayış sahəsi, 6 saylı peşə Litseyin həyəti

- Biləcəri qəsəbəsi, 284 saylı məktəbin yanındakı sahə

Xətai rayonu

- Bakı kinoteatırının yanı

- Məhəmməd Hadi küçəsi, Əhmədli metrosunun çıxışı

Nərimanov rayonu

- Əliyar Əliyev küçəsi 26, "Bakı Taxıl" ASC-nin ərazisi

- Keşlə bazarının ərazisi

Nəsimi rayonu

- "Təzə bazar"ın ərazisi

- 3-cü mikrorayon, "Tovuz-Baltiya LTD"nin ərazisi

Nizami rayonu

- "8-ci km" bazarının ərazisi

- Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, dəmiryol vağzalının yanı

Səbail rayonu

- Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanı

Suraxanı rayonu

- Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi 2

- Qaraçuxur qəsəbəsi, "Günəş" ticarət mərkəzinin yanı

Yasamal rayonu

- Şərifzadə küçəsi 131, Bakı Dövlət Rabitə və Nəqliyyat kollecinin yanı