Türkiyəli aktrisa Neslihan Atagül Misirdə 4-cü dəfə keçirilən “Forever is Now” adlı mədəniyyət və incəsənət tədbirində iştirak edib.
“Qafqazinfo” xəbər verir ki, o, tədbirdə jurnalistin ünvanladığı suala maraqlı cavab verib.
Belə ki, aktrisadan növbəti layihəsi soruşulub. O isə cavabında bu sözləri deyib: “Tezliklə yeni layihəm qarnımdakı uşağımdır. Buna görə də hazırda yeni bir layihəm yoxdur”.
Qeyd edək ki, N. Atagül 2016-cı ildən həmkarı Kadir Doğulu ilə evlidir.