Yeni mövsümü “Lənət”lə açdılar - Fotolar

yeni-movsumu-lenetle-acdilar
Oxunma sayı: 1265

YUĞ Dövlət Teatrı yeni mövsümü V.Şekspirin “III Riçard” əsərinin motivləri əsasında hazırlanmış “Lənət” tamaşasının premyerası ilə açıb.   

“Qafqazinfo”nun məlumatına görə, tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev, nazirliyin İncəsənət şöbəsinin müdiri İsmayıl Hüseynov, Teatr sektorunun müdiri Könül Cəfərova, teatrşünaslar və media nümayəndələri iştirak edib.

“Lənət” adı ilə təqdim olunan səhnə əsərində Əməkdar artist Sonaxanım Mikayılova (Marqarita), aktyorlar Vüqar Hacıyev (Riçard), Zümrüd Qasımova (Kraliça Yelizaveta), Elgün Həmidov (Bekingem) və Natəvan Qeybani (Hersoqinya York, Riçardın anası, Kölgə) çıxış ediblər.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanmış tamaşanın quruluşçu rejissoru Xristo Stoyçev, rejissoru Günay Səttarova, bəstəkarı Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, quruluşçu rəssamı Olqa Boseva, geyim üzrə rəssamı Səadətxan Ramin, rejissor assistenti isə Günel Səfərovadır. Pyesi Azərbaycan dilinə YUĞ Dövlət Teatrının aktyoru, Xalq artisti Vidadi Həsənov tərcümə edib.