Yeni rektor Hadı Rəcəblinin qudasıdı

yeni-rektor-hadi-receblinin-qudasidi
Oxunma sayı: 15538

Bu gün prezident İlham Əliyevin sərəncamı ilə Bakı Slavyan Universitetinə rektor təyin olunan Nurlana Əliyeva haqda redaksiyamıza maraqlı məlumatlar daxil olub.

Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Nurnala Əliyeva uzun illərdir Yeni Azərbaycan Partiyasının üzvüdür və bu partiyada sıravi deyil. Belə ki, o hakim partiyanın Qadınlar Şurasının sədridir.

İndiyə qədər Azərbaycan Dövlət Pedaqoji Kollecinə rəhbərlik edən Nurnala Əliyeva həm də öz partiyadaşı və Milli Məclisin qocaman deputatı Hacı Rəcəblinin qohumudur. Belə ki, xanım rektorun oğlu Milli Məclisin Sosial siyasət komitəsinin sədrinin qızı ilə ailəlidir. 

Məlumata görə, yeni rektorun öz oğlu da qanunverici orqanda çalışır. Onun oğlunun parlamentdə məsul vəzifə tutduğu qeyd edilir.