Yeni təyin olunan icra başçısı kimdir? - Fotolar

yeni-teyin-olunan-icra-bascisi-kimdir
Oxunma sayı: 18272

Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyev Laçın rayonuna yeni icra başçısı təyin edib.

Qafqazinfo” xəbər verir ki, yeni başçı Aqil Nəzərli 10 mart 1976-cı il tarixdə Laçın rayonunun Güləbird kəndində anadan olub.

1999-cu ildən Laçın rayonu İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışıb, 2008-ci ildən Laçın rayon İcra Hakimiyyəti Başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində işləyib.

2012-ci ildən Yeni Azərbaycan Partiyasının Laçın rayon Təşkilatının sədridir.

3 mart 2016-cı ildən Laçın rayonu İcra Hakimiyyətinin başçısının vəzifəsini icra edib.

40 yaşı var.