Şəmkir Dövlət Təbiət Yasaqlığının ərazisində yerləşən Yenikənd su anbarı və ətraf ərazilərində bir müddət əvvəl aparılmış ekoloji monitorinq və nəzarət tədbirləri zamanı bir sıra ekoloji qanun pozuntuları aşkar olunub.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qeydə alınan pozuntular su anbarında və ətraf sahələrdə ekoloji tarazlığa mənfi təsir göstərməklə yanaşı, ətraf mühitə, bütövlükdə ekosistemə zərər vurulması ilə nəticələnirdi.
Yenikənd su anbarı və ətraf ərazilərində fasiləsiz müşahidələrin aparılması və operativ nəzarət tədbirlərinin həyata keçirilməsi məqsədilə pilot layihə çərçivəsində günəş bateriyaları ilə təchiz edilmiş onlayn rejimdə işləyən 6 ədəd kamera quraşdırılıb.
Görülən tədbirlər nəticəsində ərazidə ekoloji qanunvericiliyə zidd fəaliyyətlər aradan qaldırılıb, ətraf mühitə təsir göstərən neqativ halların qarşısı alınıb. Hazırda ərazinin fasiləsiz müşahidəsi həyata keçirilir.
Yenikənd su anbarından çəkilmiş videogörüntünü təqdim edirik:
Son xəbərlər
Son Xəbərlər