Yerevanda aksiyada 35 müxalifətçi saxlanıldı

yerevanda-aksiyada-35-muxalifetci-saxlanildi
Oxunma sayı: 1037

 Yerevanda növbəti dəfə müxalifət baş nazir Nikol Paşinyanın istefası tələbi ilə aksiya keçirib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, aksiyaçılar paytaxtda mərkəzi prospektlərdən birini bağlamağa çalışsalar da, polis buna mane olub. 35 nəfər müxalifətçi saxlanılaraq polis bölməsinə aparılıb.

Qeyd edək ki, Dağlıq Qarabağda atəşkəslə bağlı üçtərəfli bəyanat imzalandıqdan sonra Ermənistanda Nikol Paşinyanın əleyhinə etiraz aksiyaları keçirilir. Etirazçılar Paşinyanın istefasını tələb edirlər.