Yevlaxda maşınlar toqquşdu, 16 yaşlı qız xəsarət aldı

yevlaxda-masinlar-toqqusdu-16-yasli-qiz-xesaret-aldi
Oxunma sayı: 1059

Yevlax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo"nun məlumatına görə, hadisə Bakı-Qazax avtomagistralının Yevlax ərazisində baş verib.

"VAZ 2107" markalı minik avtomobili ilə “KAMAZ” markalı yük avtomobili toqquşub. Qəza nəticəsində "VAZ 2107"də olan sərnişin 2003-cü il təvəllüdlü Yevlax rayon sakini Qafarova Aytən  Arzuman qızı xəstəxanaya yerləşdirilib. Həkimlər yaralıya qapalı kəllə-beyin travması diaqnozu qoyub.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli