Yevlaxda Novruzun gəlişi yüksək əhvali-ruhiyyə ilə qarşılanıb - Video - Fotolar

yevlaxda-novruzun-gelisi-yuksek-ehvali-ruhiyye-ile-qarsilanib
Oxunma sayı: 1692

Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən milli adət-ənənələrimizi özündə yaşadan, mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsi olan, Azərbaycan xalqının birliyini, saflığını, əmin-amanlıq və həmrəyliyini əks etdirən el bayramı - Novruz bayramı münasibətilə şəhərdəki Heydər Əliyev sarayının qarşısında geniş konsert proqramı təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, konsertdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərliyi, şəhid ailələri, qazilər, müharibə veteranları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Konsertdə Dədə Qorqud və Bahar qızının çıxışları, Kosa və Keçəlin duzlu-məzəli zarafatları, populyar müğənnilər - Rüfət Axundovun, Xatun Əliyevanın, həmçinin Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi Yevlax Şəhər Mədəniyyət Mərkəzinin solistləri Sabir Hüseynovun, Rəşad Hüseynovun, Orxan Əkbərovun, Xan Quliyevin, Günel Kamalın ifaları sakinlərə əsl bayram əhvali-ruhiyyəsi bəxş edib.