Yevlaxdakı partlayışda yaralanan kafe sahibi Bakıya göndərildi - Yenilənib

yevlaxdaki-partlayisda-yaralanan-kafe-sahibi-bakiya-gonderildi
Oxunma sayı: 1238

Ötən gün Yevlaxdakı kafedə baş verən partlayışda yaralanan şəxs Bakıdakı ixtisaslaşmış xəstəxanaya göndərilib.

“Qafqazinfo” xəbər verir ki, həmin şəxsin kafenin 1969-cu il təvəllüdlü sahibi, Yevlax sakini Ruslan Şirin oğlu Sadıqov olduğu müəyyənləşib.

Yaralının müalicəsi davam etdirilir.

Bildirilib ki, partlayışa ümumi sahəsi 230 m² olan obyektin daxilində mövcud olan maye-qaz balonunun partlaması səbəb olub.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.

***

Yevlax Rayon Mərkəzi Xəstəxanası və Nərimanov Tibb Mərkəzi yaralının vəziyyəti ilə bağlı məlumat yayıb.

Bildirilib ki, 24.02.2026-cı il tarixində saat 17:30 radələrində 1969-cu il təvəllüdlü şəxs (kişi) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bədənin II dərəcəli termiki yanığı diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti ağır qiymətləndirilən şəxs daha ixtisaslı tibbi xidmət almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunub.

Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində müalicəsi davam etdirilən şəxsin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.