Yol polisində kadr dəyişikliyi edildi

Yol polisində kadr dəyişikliyi edildi
Oxunma sayı: 18274

Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov yol polisində daha bir kadr islahatı edib. 

“Qafqazinfo”nun Avtosfer.az-a istinadən məlumatına görə, nazirin əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev vəzifəsindən azad edilib. Vilayət Eyvazovun digər əmri ilə o, yaş həddi ilə təqaüdə göndərilən kadrlar idarəsinin rəisini əvəzləyib. 

Yol Patrul Xidməti Şöbəsinin rəisi Kamran Əliyev isə əvvəlki vəzifəsinə qaytarılıb. Baş Dövlət Yol Polisi idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi yenidən polis polkovniki Kamran Əliyev olacaq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi