Yola heyvan çıxdı, iki maşın toqquşdu - Fotolar

yola-heyvan-cixdi-iki-masin-toqqusdu
Oxunma sayı: 1085

Yola çıxan sahibsiz heyvan 2 minik avtomobilinin toqquşmasına səbəb olub. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hadisə Bakı-Qazax avtomagistralının Yevlax rayonun Duzdağ kəndindən keçən hissəsində baş verib. 

Belə ki, qəfil yola çıxan heyvanı əvvəlcə “Mersedes” markalı avtomobil vurub. Həmin istiqamətdə hərəkətdə olan “Vaz 2107” də yaralı heyvanı vuraraq “Mersedes”ə çırpılıb. Zərbənin gücündən avtomobil əzilərək yararsız hala düşüb. Avtomobildə olan sərnişin, 57 yaşlı Samux sakini Təranə Ələkbərova xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirlib. Faktla bağlı araşdırma aparılır.

Elmar Əli