Yolların buz bağlaması tıxac yaratdı - Fotolar

yollarin-buz-baglamasi-tixac-yaratdi
Oxunma sayı: 6033

Xəbər verdiyimiz kimi, şaxtalı hava şəraitinə görə bəzi yollar buz bağlayıb. 

“Qafqazinfo” xəbər verir ki, bu səbəbdən Bakıda bəzi yollarda hərəkət çətinləşib və tıxac yaranıb.

Belə ki, hazırda 4-cü mikrorayon dairəsi, Hüseyn Seyidzadə, Cavadxan, 20 Yanvar Mir Cəlal, Asif Məhərrəmov küçələrində, Şamaxinka istiqamətində, eləcə də Yeni Yasamalın bir sıra küçələrində, Badamdar qəsəbəsi ərazisində yollarda sıxlıq və tıxac müşahidə edilir.

***

Hazırda hava şəraiti ilə əlaqədar paytaxt yollarında sürücülərin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə tədbirlər davam etdirilir.

Bu məqsədlə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin texniki əməkdaşları təfərindən svetoforlara baxış keçirilir, yarana biləcək texniki problem dərhal edilir.