Yolu keçmək istəyəndə maşın vurdu, öldü - Foto

yolu-kecmek-isteyende-masin-vurdu-oldu
Oxunma sayı: 2583

Bərdədə yolu keçmək istəyən piyada avtomobil vurması nəticəsində vəfat edib.

"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, rayon sakini 1966-cı il təvəllüdlü Lazımov Yaşar İsa oğlu yolu keçmək istəyən zaman 90 XH 903 dövlət qeydiyyat nişanı "Toyota" markalı minik avtomobili onu vurub.

Ağır xəsarət alan Y.Lazımov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli