Yoluxanların sayı artdı

yoluxanlarin-sayi-artdi
Oxunma sayı: 8881

Azərbaycanda bu gün koronavirus infeksiyasına 1277 yeni yoluxma faktı qeydə alınıb, 853 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 15 nəfər COVID-19-dan dünyasını dəyişib.