Yük gəmisi quruya çırpılıb yarıya bölündü - Video

yuk-gemisi-quruya-cirpilib-yariya-bolundu
Oxunma sayı: 2826

Panama bayrağı altında üzən yük gəmisi Naxodka sahillərində qəzaya uğrayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “Rise Shine” konteyner gəmisi quruya çırpılaraq yarıya bölünüb. 

Gəminin uzunluğu 101, eni isə 19 metrdir. 

Məlumata görə, gəmidə 14 dənizçi var. Kapitan sahil xidmətlərinə ekipaj üzvlərinin həyatı üçün təhlükə olduğunu bildirib.

Xilasedicilərin olduğu Mi-8 helikopteri qəza vəziyyətində olan gəmiyə qalxmağa hazırlaşır.