Yük maşını 2 bacını vurdu, biri öldü

yuk-masini-2-bacini-vurdu-biri-oldu
Oxunma sayı: 2884

Bakıda yük avtomobili iki bacını vurub.

“Qafqazinfo” xəbər verir ki, hadisə dünən səhər Binəqədi rayonu, Biləcəri qəsəbəsi Natavan küçəsində qeydə alınıb.

Aqil Səmədov idarə etdiyi “Mercedes Benz Axor” markalı qoşqulu yük avtomobili ilə Cəmilə Eyvazova və bacısı Elmira Eyvazovanı vurub. Nəticədə C.Eyvazova aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.