Yük maşını qəza edərək aşdı, tıxac yarandı - Foto - Yenilənib

yuk-masini-qeza-ederek-asdi-tixac-yarandi
Oxunma sayı: 2114

Bakının Xətai rayonu, Zığ şosesi ilə İnqilab Hüseynov küçəsinin kəsişməsində texniki nasaz yük avtomobili qəzaya düşərək aşıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, bu səbəbdən mərkəz istiqamətində sıxlıq yaranıb.

Sıxlığı aradan qaldırmaq üçün qaldırıcı kranlar əraziyə cəlb edilib. Hazırda polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.

***

Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, Bakı şəhəri, Xətai rayonu, Zığ-Beton yolunun kəsişməsində evakuator idarəetməni itirərək magistral yolda aşıb və nəticədə yola yağ və yanacaq dağılıb.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində avtomobilin aşması nəticəsində ətrafa dağılmış yağ və yanacaq yuyularaq mümkün yanğın təhlükəsi aradan qaldırılıb.