Yusif Səfərov küçəsində laxlayan dirək dəyişdirildi - Video

yusif-seferov-kucesinde-laxlayan-direk-deyisdirildi
Oxunma sayı: 633

Bu gün səhər saatlarında Bakıda müşahidə edilən küləkli hava şəraiti zamanı Xətai rayonu Yusif Səfərov küçəsində yerləşən işıqlandırma dirəyi laxlamağa başlayıb.

“Qafqazinfo” xəbər verir ki, təhlükəli vəziyyəti əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

“Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsindən sorğumuza cavab olaraq bildirilib ki, güclü külək nəticəsində Yusif Səfərov küçəsində zədələnən işıq dirəyi idarənin qəza briqadası tərəfindən operativ şəkildə yenisi ilə əvəz edilib.