“Yuxarı və aşağı ətraflar” - Yeni kitab

yuxari-ve-asagi-etraflar-yeni-kitab
Oxunma sayı: 2637

Bu barədə “Qafqazinfo”ya məlumat verən gənc yazar bildirib ki, “Yuxarı və aşağı ətraflar” adlanan ikinci kitabında üç hekayə, bir roman və povest daxildir. Kitabın adı romandan götürülüb.

Müəllif “Məhvedilmiş xilaskarlar” povesti haqda məlumat verərək bildiribki, əsər Əfqanıstana göndərilmiş Sovet casusunun həyatından bəhs edir.

“Yuxarı və aşağı ətraflar”qısa romanının əsas qəhrəmanları isə 3 varlı və 3 kasıb dostdur. Xanzadə adlı bir qız həyat yoldaşı ilə evindən ölü tapılır.Qızın uşaqlıq dostları Zeyni və Gün əsər boyu ölümlərin əsl səbəblərini tapmağa çalışırlar.Həqiqətən nə baş verib-qaz zəhərlənməsi, intihar, yoxsa qəsdən adam öldürmə.

Müəllif əlavə edib ki, kitabı oxunaqlı dildə, oxucunu darıxdırmamağı qarşısına məqsəd qoyaraq qələmə alıb.

Kitabı hələlik təkcə“Əlivə Nino”kitab mağazalarından əldə etməkolar.