Zakir Həsənovla Hulusi Akarın telefon danışığı oldu

zakir-hesenovla-hulusi-akarin-telefon-danisigi-oldu
Oxunma sayı: 7695

 Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənovla Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Hulusi Akar hər zaman Azərbaycanın yanında olduqlarını bildirib:

“Ərazi bütövlüyünü qorumaq uğrunda mübarizədə sonadək Azərbaycan türkü qardaşlarımızın yanında olacağıq”.