Zaporojyedə “referendum”un ilk günü partlayış oldu

zaporojyede-referendumun-ilk-gunu-partlayis-oldu
Oxunma sayı: 2106

Ukraynanın Zaporojye vilayətinin Melitopol şəhərində güclü partlayış baş verib.

“Qafqazinfo” Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı şəhərin meri İvan Fedorov açıqlayıb.

Onun sözlərinə görə, səhər saatlarında baş verən partlayış şəhərin mərkəzində hiss olunub.

Xatırladaq ki, bu gündən başlayaraq sentyabrın 27-nə qədər Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin Rusiyanın nəzarətində olan hissələrində həmin ərazilərin Rusiyanın tərkibinə daxil edilməsi ilə bağlı “referendum” keçiriləcək.