Zaporojyeyə raket hücumu - 9 ölü, 20 yaralı

zaporojyeye-raket-hucumu
Oxunma sayı: 1821

“Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Zaporojye vilayətin mərkəzinə ardıcıl zərbələr endirib”.

 “Qafqazinfo” xəbər verir ki, bu barədə Zaporojye vilayət dövlət administrasiyası və şəhər şurası sosial şəbəkədə məlumat yayıb.

Vilayət rəhbəri İvan Fedorov bildirib ki, hadisə nəticəsində 9 nəfər həlak olub, 20-si yaralanıb.

Məlumata görə, zərbələr nəticəsində infrastruktura ciddi ziyan dəyib.