Zaur iştirakçını təhqir etdi- - "Nə gündəsən, ay bədbəxt"

zaur-istirakcini-tehqir-etdi-
Oxunma sayı: 8498


ATV-də yayımlanan "Məni yarımdan soruş" verilşində aparıcı Zaur Baxşəliyev növbəti dəfə iştirakçıları təhqir edib.

"Qafqazinfo" azxeber.com-a istinadən xəbər verir ki, verilişdə yarışan Elşən və Reyhanə cütlüyü aparıcı tərəfindən təhqir olunub. Belə ki, Zaur iştirakçıdan məşhur aktyor Lui De Fines haqda soruşub. Elşən isə cavabında onu tanımadığını deyib. Bu cavabdan təəcüblənən Zaur iştirakçıya "Sən nə gündəsən, ay bədbəxt" deyib. Daha sonra Lui De Fines haqda ona suallar ünvanlayıb və iştirakçını çıxılmaz vəziyyətə salıb.

Maraqlıdır ki, Elşənin həyat yoldaşı da bütün bunları gülüşlə qarşılayıb.

Zaurun iştirakçıları aşağılaması təkcə bununla kifayətlənməyib.

O, verilişdə iştirak edən Qəhrəman və Tamellanı da təhqir edib. Belə ki, o iştirakçıya "yaxşı ki, sarı önlükdə yoldaşının qarşısına çıxmamısan, yoxsa səni bəyənməzdi" deyib. Kişi də cavabında deyib ki, bəli bəyənməzdi, ancaq o məni bəyənib. Bu cavabdan sonra Zaur Qəhrəmanı da təhqir edib: Guya indiki "vidin" yaxşıdır ki? İndi ondan da pis viddəsən" deyib.

Həmin kadrları təqdim edirik: