Zelenski Ali Radada deputatla mübahisə etdi - Video

zelenski-ali-radada-deputatla-mubahise-etdi
Oxunma sayı: 2972

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Ali Radada Petro Poroşenkonun müxalif “Avropa həmrəyliyi” fraksiyasının deputatı Aleksey Qonçarenko arasında mübahisə olub.

“Qafqazinfo” bu barədə “strana.ua”ya istinadən xəbər verir. 

Millət vəkili prezidentə hərbi qulluqçuların demobilizasiyasının olub-olmayacağı ilə bağlı sual verib. Zelenski cavabında deyib ki, hərbçilər Ukrayna öz düşmənlərini məğlub etdikdə evlərinə qayıdacaqlar və Qonçarenko kimilər cəbhədə onlara kömək edərsə, onlar rotasiyaya layiqdirlər.

Buna cavab olaraq Qonçarenko “vicdan olmalıdır” deyə qışqırmağa başlayıb.

Görüntüləri təqdim edirik: