Zelenski Ərdoğana təşəkkür etdi

zelenski-erdogana-tesekkur-etdi
Oxunma sayı: 2414

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana  təşəkkür edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna prezidenti bunu “TRT World Forum 2022”də onlayn iştirakı zamanı deyib.

Zelenski Ərdoğana Ukrayna ilə Rusiya arasında əsir mübadiləsinə etdiyi kömək üçün təşəkkür edib.

Zelenski Rusiyanın raket terrorizminə son qoyulmasının vacibliyini qeyd edib. Həmçinin, məhbusların azad edilməsinin əhəmiyyətinə də diqqət çəkib.