Zelenski ilə görüşə hazır olduğunu açıqladı

zelenski-ile-goruse-hazir-oldugunu-aciqladi
Oxunma sayı: 2680

Rusiya Prezidenti Vladimir Putin ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşməyə hazır olduğunu açıqlayıb.

“Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, Putin bu haqda jurnalistlərə açıqlamasında bildirib.

“Mən Zelenski ilə görüşməyə hazıram. Amma orada oturub nəyisə sonsuza kimi bölüşməyə yox, buna son qoymağa hazıram”, - deyə Rusiya lideri deyib.

O əlavə edib ki, məsələ Ukrayna liderinin legitimliyindədir, sənədlər qanuni hakimiyyət tərəfindən imzalanmalıdır.