Zelenski Makronla görüşdü

zelenski-makronla-gorusdu
Oxunma sayı: 821

Ukrayna Prezidenti Volodimir Zelenski Fransada səfərdədir. 

“Qafqazinfo” “France 24”ə istinadən xəbər verir ki, Parisdəki Yelisey Sarayında Zelenskini Fransa Prezidenti Emmanuel Makron qarşılayıb. 

Liderlərin Ukrayna müharibəsi ilə bağlı mövcud vəziyyəti, eləcə də ABŞ Prezidenti Donald Trampın münaqişənin həllinə dair təklif etdiyi sülh planını müzakirə edəcəyi gözlənilir.

Qeyd edək ki, Fransaya səfəri çərçivəsində Ukrayna liderinin “Dassault Aviation” aerokosmik şirkətinin istehsal obyektləri ilə tanış olacağı bildirilir.