Zelenski Makronla telefonla danışdı

zelenski-makronla-telefonla-danisdi
Oxunma sayı: 1344

Ukrayna Prezidenti Volodimir Zelenski Fransa dövlət başçısı Emmanuel Makronla telefonla danışıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Zelenski Tvitter hesabında paylaşım edib.

O vurğulayıb ki, Makronla söhbətində “Normand formatı”nın bərpa olunmasından məmnunluqlarını dilə gətiriblər.

Dövlət başçısının sözlərinə görə, 2019-cu ildən bəri ilk dəfə bir sənəd ortaya qoyulub.

“Nə qədər ki, şərait əlverişlidir, biz görüşüb danışmalıyıq. Davam edən danışıqlar eskalasiya şansını azaldır”, - Zelenski əlavə edib.