Ukrayna Prezidenti Volodimir Zelenskinin “Oskar” mərasimində çıxış etmək istəyi Akademiya tərəfindən rədd edilib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “Akademiya Mükafatları”nın təşkilatçı və direktorları Zelenskinin təklifini müsbət qarşılamayıblar.
“Oskar” rəsmiləri məsələnin təfərrüatları barədə məlumat yaymayıb.
Qeyd edək ki, 2023-cü il “Oskar” mükafatları 12 mart bazar günü keçiriləcək.
Son xəbərlər
Son Xəbərlər