Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə Avropa çempionatı davam edir.
“Qafqazinfo” xəbər verir ki, bu gün Azərbaycanın daha 4 cüdoçusu tatami üzərinə çıxacaq.
Avropa çempionatı
81 kq, 1/16 final
Zelim Tçkayev – Nase Herkoviç (Sloveniya) / Vladislav Kolobov (Ukrayna) cütünün qalibi ilə,
Ömər Rəcəbli – Yahya Nurkoviç (Monteneqro) / Abdul-Kerim Tasuyev (Rusiya) cütünün qalibi ilə,
90 kq, 1/16 final,
Murad Fətiyev – Aleks Kret (Rumıniya).
70 kq, 1/32 final,
Südabə Ağayeva – Maya Goşen (İsrail).
***
Cüdoçularımız - Südabə Ağayeva, Zelim Tçkayev, Ömər Rəcəbli ilk görüşlərində qələbə qazanıblar.
***
Bu gün mübarizəyə qoşulan digər təmsilçilərimizdən Südabə Ağayeva (70 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) yarışı mükafatsız başa vurublar.
***
Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.
***
Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatının yarımfinalında məğlub olub. Təmsilçimiz bürünc medal qazanmaq şansını saxlayır.
***
Azərbaycan cüdoçusu Zelim Tçkayev Avropa çempionatında bürünc medal qazanıb.
81 kq çəki dərəcəsində yarışan idmançı Gürcüstanın paytaxtı Tbilisidə keçirilən turnirdə üçüncü yer uğrunda belçikalı rəqibi Mattias Kasseyə qalib gəlib. Beləliklə, Tçkayev yarışı üçüncü pillədə başa vurub.
Qeyd edək ki, daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıblar. Yarışa aprelin 19-da yekun vurulacaq.
Son xəbərlər
Son Xəbərlər