Bursa vilayətinin İnegöl rayonunda iş yerində zəlzələ zamanı bir nəfər qorxu və təşviş içində olmasına baxmayaraq, çay stəkanını almadan çölə çıxmayıb.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, həmin anlar təhlükəsizlik kamerasına əks olunub.
Balıkesirin Sındırgı rayonunda baş verən 6,1 maqnitudalı zəlzələ, Bursa vilayətinin İnegöl rayonunda da güclü şəkildə hiss olunub.
Zəlzələ anında Sinanbey məhəlləsi, Murat küçəsində fəaliyyət göstərən bir texnologiya mağazasında çalışan Ali Tutalın davranışı diqqət çəkib. O, zəlzələ zamanı yaşadığı həyəcan və panikaya baxmayaraq, masasında olan çay stəkanını da götürərək çölə çıxıb.
Hadisə anı mağazanın təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.


Son xəbərlər
Son Xəbərlər