Zeynəb Dostəliyeva dəfn olundu - Fotolar - Yenilənib

zeyneb-dosteliyeva-defn-olundu
Oxunma sayı: 9988

Müğənni Zeynəb Dostəliyeva ilə vida mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, mərasim sənətçinin bacısı, Xalq artisti Nazpəri Dostəliyevanın evində baş tutub. 

Müğənni Səngəçal qəbiristanlığında dəfn olunacaq.

Xatırladaq ki, Z. Dostəliyeva bir neçə gün əvvəl qaraciyər və böyrək ağrıları ilə xəstəxanaya yerləşdirilmişdi. O, ötən gün vəfat edib.

***

Z. Dostəliyeva Səngəçal qəbiristanlığında bacısı oğlu Əlinin yanında dəfn edilib. 

Fotolar: Müzəffər İsmayılov