Zeynəb Xanlarovanın da konsert tarixi dəyişdi

zeyneb-xanlarovanin-da-konsert-tarixi-deyisdi
Oxunma sayı: 1906

Xalq artisti Zeynəb Xanlarovanın solo konsertinin tarixində dəyişiklik olub.

“Qafqazinfo” xəbər verir ki, 18 martda Bakı Konqres Mərkəzində keçirilməsi planlaşdırılan konsert proqramı mayın 3-də baş tutacaq.

Təşkilatçıların məlumatına görə, konsertdə 3000-dən çox tamaşaçının iştirak edəcəyi nəzərə alınaraq, Azərbaycanda və dünyada aparılan profilaktik tədbirlərə və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı tövsiyəyə uyğun olaraq belə bir addım atılıb.