Zorlanıb hamilə qalan yeniyetmənin 7 aylıq hamiləliyi sonlandırıldı

zorlanib-hamile-qalan-yeniyetmenin-7-ayliq-hamileliyi-sonlandirildi
Oxunma sayı: 14413

Gəncədə zorlanaraq hamilə qalan 2005-ci il təvəllüdlü, sağlamlıq imkanları məhdud olan qızın hamiləliyi sonlandırılıb. 

“Qafqazinfo” xəbər verir ki, onun anası APA-ya bildirib ki, qızı 17 martda təcili tibbi yardım avtomobili ilə Respublika Klinik Xəstəxanasına gətirilib. 

Martın 19-u isə 28 həftəlik hamiləlik sonlandırılıb: “Hazırda yeniyetmə reanimasiya şöbəsindədir. Gəncədə olanda qızımın psixoloji vəziyyəti daha da gərginləşirdi. Günü-gündən vəziyyəti ağırlaşırdı. İndi hamiləlik sonlandırılıb. Hələ reanimasiyadadır. Dəqiq bilmirik ki, nə vaxt çıxacağıq. Amma istərdim ki, burada müalicəsi bitdikdən sonra qızım psixoloji xəstəxanada da müalicə alsın. Başına gələnlərdən sonra ruhi vəziyyəti daha da pisləşib”.

Xatırladaq ki, Gəncə şəhərində sağlamlıq imkanları məhdud 17 yaşlı yeniyetməni hamilə buraxmaqda şübhəli bilinən şəxs saxlanılıb. Cinayət işi üzrə 62 yaşlı Rəşid Gözəlov haqda həbs qətimkan tədbiri seçilib.