Zülfiyyədən Beyons obrazı... - Süjet xətti də plagiatdır

zulfiyyeden-beyons-obrazi
Oxunma sayı: 2036

Xalq artisti Zülfiyyə Xanbabayeva ad günündə yeni klipini təqdim edib. “Qafqazinfo” xəbər verir ki, sənətçi “Oxu” adlı mahnısını ekranlaşdırmaq üçün gürcü rejissor Zaza Oraşvilliyə müraciət edib.

Bu məqamda qeyd edək ki, Zaza 13 il əvvəl müğənninin “Gözümün qarası” klipini çəkib.

Xanbabayeva yeni klipində bir-birindən fərqli obrazlarda kamera qarşısına keçib. Layihə sənətçinin rəsmi “Youtube” səhifəsində yayımlanıb.

Maraqlıdır ki, ifaçının klipindəki bir obrazı dünya ulduzu Beyonsla eynidir. Pop diva konsert turunun afişası üçün sözügedən obrazda kamera qarşısına keçib. 

Eyni zamanda, ekran işində sahildə studiyanın qurulması səhnəsi isə Türkiyənin tanınmış müğənnisi Ayşe Hatun Önalın “Katakulli” klipindən bəhrələnib. 

Sözügedən süjet xətti ilə layihənin 2-ci dəqiqəsindən sonra tanış ola bilərsiz: