Təəssüflər olsun ki, bəzən etik normalardan kənara çıxaraq mübahisəyə heç bir aidiyyatı olmayan tanınmış ictimai-siyasi şəxslərin də adını hallandırırlar. Adı hallandırlan şəxslərdən biri də Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadədir.
Hesab edirik ki, insanlar arasında hansısa dostluq əlaqələrinin, yaxın münasibətlərin olmasının adiyyatı olmayan məsələlərdə hallandırılması etik qaydalara ziddir. İnsanlar biri-birinə hörmət edərəkən, dostluq münasibəti saxlayarkən başqalarından məsləhət alası deyil. Bu cür məsələlərdə şəxsi münasibətlərə istinad edilməsi, insanlar arasındakı dostluq münasibətlərinə kölgə salınmağa və bundan şəxslərə qarşı mənfi mənada istifadə olunmasına çalışılması, məsələdə aidiyyatı olmayan tanınmış insanların adının hallandırlması yolverilməzdir. İqbal Ağazadənin Mirzə Sakitlə dostluq münasibətləri uzun illərdir davam edir, bu dostluq münasibətində heç bir təmənna da umulmur.
Son xəbərlər
Son Xəbərlər