Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın “Qafqazinfo”ya verdiyi məlumata görə, ölkəmizi bu yarışlarda edən Faiq Hüseynov və Balaş Qasımovun komandaları vətənə medallarla qayıdıblar. “Nə? Nə vaxt? Harada?” oyununda Faiq Hüseynovun komandası ikinci, Balaş Qasımovun komandası üçüncü olub. Bunula yanaşı, “Breyn-rinq” oyununda Balaş Qasımovun komandası üçüncü, “Xəmsə” Milli intellektual oyununda isə Faiq Hüseynovun komandası birinci yerə layiq görülüblər.
Milli intellektual oyun olan “Xəmsə” bu il ilk dəfə olaraq ölkədən kənarda keçirilən beynəlxalq turnirdə təmsil edilib. Yaxın vaxtlarda həmin oyun üzrə yarışlar Praqada “Gümüş qolem”və İsrailin Hayfa şəhərində “Znatokiada” beynəlxalq intellektual turnirlərin çərçivəsində də keçiriləcək.
Nigar Məmmədli
Son xəbərlər
Son Xəbərlər