“Azərbaycanda daxili işlər orqanlarında işə qəbulun müsabiqə yolu ilə aparılması vətəndaşlar tərəfindən müsbət qiymətləndirilir”. Bunu jurnalistlərə daxili işlər naziri Ramil Usubov deyib. Daxili işlər orqanlarına qəbulun müsabiqə yolu ilə aparılmasının polisin işinin keyfiyyətinə müsbət təsir göstərdiyini deyən nazir qeyd edib ki, bu, problemin həlli üçün düzgün vasitədir.
Daxili işlər orqanlarına sıravi polis nəfərindən zabit heyətinə qədər işə qəbulun müsabiqə yolu ilə aparıldığını deyən nazir bildirib ki, bu, qanunda göstərilib və bu təcrübə gələcəkdə də davam etdiriləcək.
Nazir həmçinin bildirib ki, Bakı sakinləri avtomobillərdə yüksək tonlu, çox avazlı səs siqnallarının istifadəsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edib. R. Usubov avtomobillərdən yüksək səs siqnallarının yığışdırılması istiqamətində tədbirlər görüldüyünü vurğulayıb.
Usubov səsgücləndiricilərdən az istifadə olunması üçün müvafiq tədbirlər görüləcəyini deyib və qeyd edib ki, yüksəsk səs siqnallarından istifadə olunması yolverilməzdi və vətəndaşlar qanunun bu tələbini nəzərə almalıdır.
Azərbaycanda kriminogen durumun tam nəzarət altında olduğunu deyən nazir bildirib ki, kriminogen durumun sabitliyinə görə, Azərbaycan nəinki MDB, hətta Şərqi Avropa ölkələri arasında da seçilir. /Trend/
Son xəbərlər
Son Xəbərlər