Qeyd olunmalıdır ki, seminar Azərbaycan Hüquq İslahatları Mərkəzinin (AHİM), Ədliyyə Akademiyasının təşkilati və AR-nın Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə gerçəkləşdirilən "Peşədaxili davranış qaydaları korrupsiyaya qarşı mübarizədə əsas alət kimi" adlı layihə çərçivəsində təşkil olunub.
Seminarda Bakı şəhər rayon məhkəmələrinin və Vəkillər Kollegiyasının Bakı şəhərində fəaliyyət göstərən üzvlərinin 30-dək nümayəndəsi iştirak edib.
Tədbiri giriş sözü ilə açan Akademiyanın prorektoru Elçin Xələfov vəkil və məhkəmə aparatı işçilərinin davamlı tədrisi çərçivəsində etika məsələlərinə dair seminarların təşkilinin əhəmiyyəti, hal-hazırda bu mövzunun günümüzün tələbi ilə səsləşməsi barədə öz fikirlərini bildirmiş, təbdir iştirakçılarına uğurlar arzulayıb.
Həmçinin tədbirdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədr müavini Fərhad Nəcəfov ölkəmizdə həyata keçirilən mütərəqqi məhkəmə-hüquq islahatları və korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində vəkil və məhkəmə aparatı işçilərinin maarifləndirilməsinin önəmini vurğulamış, vətəndaş cəmiyyəti institutlarının bu işə mühüm töhfə verə bilmə imkanlarını xüsusi qeyd etmişdir.
Daha sonra seminarın iştirakçılarını salamlayan Ədliyyə Akademiyasının Məhkəmə aparatı işçilərinin tədrisi fakültəsinin dekan əvəzi Əfqan Ələkbərov etik davranış standartları mövzusunda tədrisin təşkilinin Dövlət başçısı tərəfindən korrupsiyaya qarşı mübarizə ilə bağlı son illərdə imzalanmış sənədlərdə xüsusilə qeyd olunduğunu bildirmiş, tədbirin əhəmiyyətini diqqətə çatdırmışdır.
Öz növbəsində AHİM-nin sədri Anar Bağırov seminarın vəkillər və məhkəmə aparatı işçilərinin fəaliyyətində əhəmiyyətini və analoji tədbirlərin korrupsiya ilə mübarizədəki xüsusi rolunu qeyd etmiş, QHT-lərin bu sahədə işinin səmərəliliyi barədə iştirakçıları məlumatlandırıb.
Sonra seminar AHİM-nin sədri Anar Bağırov və Məhkəmə-Hüquq Şurası Aparatının Korrupsiyaya qarşı mübarizə sektorunun böyük məsləhətçisi Zahid Məmmədovun mühazirələri ilə işini davam etdirib.
Qeyd olunmalıdır ki, layihəyə əsasən, AHİM tərəfindən 3 yeni kitab nəşr edilmişdir. Buraya Avropa Vəkillər Kollegiyaları və Hüquq Birlikləri Şurası (CCBE) tərəfindən hazırlanmış “Avropada vəkil peşəsinə dair əsas prinsiplər haqqında Xartiya” və “Avropa vəkillərinin davranış Kodeksi”nin kommentariyaları, BMT-nin Ədalətli Məhkəmə Hakimiyyətinin Gücləndirilməsi üzrə Hakimlər Qrupu tərəfindən hazırlanmış “Məhkəmə aparatı işçiləri üçün davranış prinsipləri” və ölkəmizin müxtəlif dövlət orqan larının etik davranış qaydalarını ehtiva edən “Etik Davranış Kodekslərinin Toplusu” daxildir.
Həmin vəsaitlər metodiki yardım məqsədi ilə seminar iştirakçılarına paylanıb.
Son xəbərlər
Son Xəbərlər