“Ləhcə ilə mahnı oxumaqda qəbahət yoxdur”

-lehce-ile-mahni-oxumaqda-qebahet-yoxdur
Oxunma sayı: 1584


“Qonşularım ilə yaxşı münasibətdəyəm,  klipi məhz onlara həsr etmişəm. Nahaq yerə demirlər ki, yaxın qonşu uzaq qohumdan yaxşıdır. İstər yaxşı, istər pis hadisə baş verəndə birinci qonşu yetişir. Elə məhz bu səmimiyyəti əks etdirmək üçün “Ay qonşu” mahnısını Bakı ləhcəsi, şivəsində oxudum. Bizim klassik ifaçılarımız, sənətkarlarımız da şivə  ilə ifa ediblər. Burada heç bir qəbahət yoxdur. Mahnı nə qədər sadə, səmimi olsa, insanlar tərəfindən o qədər də asan və tez qəbul edilər. Klip "Bizim Cəbiş müəllim" və "Məhəllə" filmlərinin çəkildiyi həyətdə lentə alınıb. Ekran işində Gənc Tamaşaçılar Teatrının aktyorları, əməkdar artist Nəsibə Eldarova (nənə), Natiq Fərzəliyev (satıcı) və Səbinə Məmmədova (qonşu qız) canlandırıb.

Qeyd edək ki, sözləri Azər Şirin, musiqisi Tərlan Məmmədhüseynova məxsus mahnıya rejissor Elmir Süleymanov ekran həyatı verib. Klipin ssenari müəllifi Azər Baxşəliyevdir.