“Mən o cangüdənlə gəzən müğənnilərdən deyiləm”

-men-o-cangudenle-gezen-mugennilerden-deyilem
Oxunma sayı: 2897


“Qafqazinfo” Gecce.az-aistinadən xəbər verir ki, “5-də 5” verlişinin bu günki qonaqları Əməkdar artist Baloğlan Əşrəfov və Manaf Ağayev olub.

Baloğlan Əşrəfov verliş zamanı söhbət əsnasında işlətdiyi kəlmələrin sahibinin kimliyini açıqlamasa da, yəqin ki, hər kəs  söhbətin kimlərdən getdiyini bu yazını oxuduqdan sonra yaxşı anlayacaq:

“Təkbaşına bütün ölkəni qarış-qarış gəzirəm. Cangüdənsiz, filansız. Ona ehtiyacım da yoxdur. Mən o müğənnilərdən deyiləm ki, cangüdənlə gəzim. Biz də xalqın bir nümayəndəsiyik. Özümüzü xalqdan ayrı tutmamalıyıq. Çünki, bizi bu millət, bu xalq belə yüksəldib”.