“Space”də İlhamə Quliyevaya görə 4 saat canlı yayım olacaq

-spacede-ilhame-quliyevaya-gore-4-saat-canli-yayim-olacaq
Oxunma sayı: 3556


Axşam.az-ın məlumatına görə, bu haqda müğənninin mətbuat katibi Faiq Ələkbərli sosial şəbəkədə yazıb. 

O bildirib ki, avqustun 17-də xalq artistinin yubileyi yüksək səviyyədə keçiriləcək. Belə ki, həmin gün “Space” telekanalında 4 saat canlı yayım olacaq. 

Verilişə tanınmış musiqiçilər, şairlər və xalq artistləri dəvət ediləcək. 

Avqustun 25-də isə şəhərin böyük restoranlarından birində təmtəraqlı mərasim baş tutacaq.