1 milyonluq dələduzluq edənlərə 14 il həbs verildi

1-milyonluq-deleduzluq-edenlere-14-il-hebs-verildi
Oxunma sayı: 1387

Bakı Ağır Cinayətlər Məhkəməsində 1 milyon manata yaxın məbləğdə dələduzluq etməkdə təqsirləndirilən İlham Xıdırov və Nazim Mustafayevə hökm oxunub. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Eldar İsmayılovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə İ.Xıdırov 9 il 6 ay, N.Mustafayev 5 il müddətinə azadlıqdan məhrum edilib. N.Mustafayev istintaq zamanı azadlıqda olduğu üçün məhkəmə zalında həbs olunub.

İttihama görə, İ. Xıdırov dələduzluq əməllərini N. Mustafayev vasitəsilə törədib. Onlar Rusiyadan kompressor avadanlıqları gətirib satmaq adı ilə bir neçə şəxsdən külli miqdarda pul alaraq onlara qazanc verəcəyini vəd edib, lakin həmin şəxsləri aldadıb. 

Murad Əhməd