10 gün əvvəl mağarada itən futbolçular tapıldı - Daha 4 ay orada qalmalıdırlar

10-gun-evvel-magarada-iten-futbolcular-tapildi
Oxunma sayı: 4055

Taylandda iyunun 23-də girdikləri mağarada sel səbəbindən köməksiz qalan uşaq futbolçular və məşqçiləri 10 gün sonra sağ tapılıb.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, ingilis dalğıcların tapdığı 12 uşaq və 1 məşqçinin yaşaması xəbəri bütün dünyada böyük əks-səda doğurub. Ancaq onların xilas edilməsində bəzi problemlər yaşanıb. Belə ki, mağarada suyun səviyyəsi yüksək olduğundan  xilasedicilər qarşısında iki seçim var: ya uşaqlara üzmək öyrədilib mağaradan çıxarmalıdırlar, yaxud da 4 ay suyun çəkilməsini gözləməlidirlər.

Birinci halda uşaqların yeraltı gizli kanallarda boğulma, ikinci halda isə 4 ay ərzində yenidən leysan yağma və suyun səviyyəsinin artması ehtimalı var. Hələlik isə həyatda qalmaları üçün onlara yüksək proteinli qidalar verilir. 

Futbolçular 11-16 yaş qrupuna aiddirlər. Girdikləri mağarada qəfil selə yaxalanan yeniyetmələr su tutmayan bölmələrə keçməyi bacararaq həyatda qala biliblər.