100-lüyün başı dərddə...

100-luyun-basi-derdde
Oxunma sayı: 661

Mövcud inzibati tədbirlərin tətbiqi bankların narazılığına səbəb olub, belə ki, bankların da müştərilərlə problemləri yaranır. AMB-nin bu qərarının banklara şamil edilməsinə baxmayaraq, bankların özləri də müştərilərlə hesablaşmalar zamanı 100 manatlıq əskinaz verilərkən tarif almağa məcburdurlar. Əks halda banklar müştərilərə daha azhəcmli nağd əskinazlar verməli olacaqlar.

Halbuki mövcud amil (azhəcmli nağd əskizanların alınması) müştərilərdə narahatlıq doğurmamalıdır, lakin onlardan bəziləri hesab edirlər ki, bu, müqavilələrin pozulması anlamına gəlir, buna görə də banklara mövcud problemi müqavilələri yenidən nəzərdən keçirmək yolu ilə həll etmək qalır. Bu da, öz növbəsində, əlavə vaxt itkisi hesab edilir.

Bu səbəbdən banklar ayrılıqda və bank ictimaiyyəti vasitəsilə AMB ilə məsləhətləşmələr aparır. Məqsəd bu tarifi aradan qaldırmaq və ya heç olmasa onun həcmini azaltmaqdır.

Pul kütləsinin idarə edilməsi prosesində (yeni əskinazların qorunması, çapı, köhnə əskinazların utilizasiyası) xərcləri olan AMB-nin siyasətini anlayan banklar hesab edirlər ki, daha aşağı tarif, məsələn, 0,05 faiz tətbiq etmək məqsədəuyğun olardı.

Bu qəraradək bankların 90 faizi AMB-dən 100 manatlıq əskinazlı nağd pul kütləsini alırdılarsa, indi isə əlavə xərclərdən qaçmaq üçün daha azhəcmli əskinazlarla kifayətlənmək məcburiyyətində qalırlar.

Banklar ümid edirlər ki, bu tarif ləğv ediləcək, çünki AMB ilə məsləhətləşmələrdə yaranmış vəziyyətlə bağlı ümümi anlayış mövcuddur.

AMB ilkin olaraq oxşar tarifi 50 manatlıq əskinazlara tətbiq etməyi planlaşdırırdı, lakin bankların səyləri nəticəsində bu tarif 50 manatlıq əskinazlara tətbiq edilmədi.

AMB tarifin tətbiq edilməsi ilə bağlı qərarı ölkə ərazisində nağd pulla əməliyyatların səmərəliliyinin artırılması, pul nişanlarının nominal strukturunun optimallaşdırılması, hesablaşmalarda nağd puldan istifadənin azaldılması və nağdsız ödəniş sistemlərindən istifadənin stimullaşdırılması ilə əsaslandırır.

Lakin ekspertlərin fikrincə, beynəlxalq təcrübədə tədavüldə nağdsız ödənişlərin həcmini artırmaq üçün ən səmərəli tədbir inzibati deyil, vergi stimullaşdırılmasıdır.

Bundan əlavə, hazırda Qərb ölkələrində dövriyyədə olan nağd ödənişlərin payı yalnız 4-5 faiz təşkil edir, Azərbaycanda isə bu göstərici 50-60 faizdir.

Tarifin tətbiqi ilə bağlı mövcud qərar, həmçinin AMB-nin daha irihəcmli - 200 manatlıq əskinazların buraxılması planlarına dair bu yaxınlarda verdiyi bəyanatları ilə uzlaşmır. Belə olan halda AMB oxşar problemlə (irihəcmli əskinaza tələbatın artması) üzləşə bilər: 100 manatlıq əskinazların alınması zamanı mövcud xərclərlə əlaqədar, banklar, eləcə də əhali 200 manatlıq əskinazlar alacaq.

Qeyd edək ki, son 7 il ərzində 100 manatlıq əskinazın tədavüldə xüsusi çəkisi 75 faizə çatıb ki, bu da beynəlxalq təcrübədə qəbul edilmiş normadan yüksəkdir.